Finss.az - Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
Neftin bir barelinin qiyməti 1,7 ABŞ dolları və ya 2,3% azalaraq 72,36 dollara enib.
Qiymət azalmaları əsasən qlobal tələbin zəifləməsi, geosiyasi risklər və ABŞ-da neft ehtiyatlarının artması ilə əlaqələndirilir.
Qeyd edək ki, “Azeri Light” markalı neftin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 dollar, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar səviyyəsində qeydə alınıb.