Finss.az - 16 iyul 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Legion Financial” ASC-nin səhmlərin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı |
"Legion Financial” ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ1001025464 |
Səhmlərin növü və forması |
Səhmlər sənədsiz adlı, adi |
Ticarət üsulu/forması |
Kütləvi / Abunə yazılışı |
Səhmlərin sayı |
5,500 ədəd |
İlkin ticarət qiyməti |
100 manat |
Buraxılış həcmi |
550,0000 manat |
Ticarətə buraxılma tarixi |
Emitent tərəfindən bildiriləcək |
Anderrayter |
“Unicapital İ.Ş.” ASC |