Finss.az - 29 may 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "International Leasing" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan AZ2002023235 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 10.07.2025-ci il tarixində yekunlaşmışdır.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
|
Emitentin adı |
"International Leasing" ASC |
|
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2002023235 |
|
İstiqrazların növü və forması |
Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar |
|
Ticarət üsulu/forması |
Kütləvi/ Birqiymətli Hərrac |
|
İstiqrazların sayı |
1,000 ədəd |
|
İlkin ticarət qiyməti |
1,000 manat |
|
İstiqrazların buraxılış həcmi |
1,000,000 manat |
|
İllik gəlirlilik faizi |
18% |
|
Hərrac qiyməti |
1000.00 manat |
|
İstiqrazların reallaşdırılmış həcmi |
1,000,000 manat |
|
İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə) |
1,000,000 manat |
|
İnvestor sayı |
50 |
|
Sifariş sayı |
50 |
|
Ödəmə Periodu |
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 30 (otuz) gündən bir ödənişlər həyata keçiriləcəkdir |
|
Tədavül müddəti |
2 il |
|
Anderrayter |
“Capital Partners İ.Ş.” QSC |
