Finss.az - Dünya birjalarında neftin qiymətində enmə müşahidə olunub.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,19 ABŞ dolları ucuzlaşaraq 66,55 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir bareli 0,22 dollar azalma ilə 64,89 dollar olub.
Azərbaycan neftinin qiymətində də eniş qeydə alınıb. Belə ki, “Azeri Light” markalı neftin bir bareli 0,84 dollar və ya 1,15% ucuzlaşaraq 72,01 dollar səviyyəsinə düşüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), ən yüksək göstəricisi isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.