“CPM-İnvest İnvestisiya Şirkəti” QSC 2025-ci ilin yanvar-may aylarında 805 min manatlıq korporativ istiqraz dövriyyəsi həyata keçirib.
Finss.az bildirir ki, bu göstərici Bakı Fond Birjasının (BFB) rəsmi statistikalarında əks olunub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə şirkətin dövriyyəsi 19,4 milyon manat azalıb və 25,1 dəfə eniş göstərib.
Fuad Mədətov
Finss.az