2025-ci ilin yanvar-may aylarında “ABB İnvest İnvestisiya Şirkəti” QSC-nin dövlət istiqrazları üzrə əməliyyat dövriyyəsi 3,04 milyard manat təşkil edib.
Finss.az xəbər verir ki, bu barədə məlumat Bakı Fond Birjasının (BFB) rəsmi statistikasında yer alıb.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,55 milyard manat artaraq 6,2 dəfəlik yüksəlişlə nəticələnib.
Fuad Mədətov
Finss.az