BİRJA

20 İyun

Mərkəzi Bankın 84 günlük Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Finss.az - 19 iyun 2025-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2463024706 dövlət qeydiyyat nömrəli 50,000,000 manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Notlar üzrə məlumat aşağıdakı kimidir:

Emitent

Azərbaycan Respublikasının

Mərkəzi Bankı

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2463024706

Notun müddəti

84 gün

Notun növü

Diskontlu

Emissiya həcmi

50,000,000 manat

Notun miqdarı

500 ədəd

Nominal

100,000 manat

Minimal qiymət

98,190.0305 (7.90%) manat

Maksimal qiymət

98,345.5009 (7.21%) manat

Kəsmə qiyməti

98,190.0305 (7.90%) manat

Ortaçəkili qiyməti

98,270.3778 (7.54%) manat

Reallaşdırılmış həcmi

24,000,000 manat

Sifarişlərin ümumi həcmi

(nominal qiymətlə)

24,000,000 manat

İnvestor sayı

5

Sifariş sayı

5

Notun ödəniş tarixi

11.09.2025