BİRJA

19 İyun

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb.

Finss.az xəbər verir ki, ötən gün ərzində Azərbaycan neftinin 1 barelinin qiyməti 0,41 ABŞ dolları və ya 0,51% azalaraq 79,17 ABŞ dollarına enib.

Qeyd edək ki, əvvəlki ticarət sessiyasında bu göstərici 79,58 ABŞ dolları olub.

Xatırladaq ki, 2025-ci il üçün Azərbaycan dövlət büdcəsində “Azeri Light” neftinin bir bareli üçün orta qiymət 70 ABŞ dolları səviyyəsində götürülüb. Hazırkı qiymət büdcə proqnozundan hələ də yuxarı olsa da, ucuzlaşma tendensiyası diqqətlə izlənir.