BİRJA

05 İyun

Brent markalı neftin bir barreli 64,71 dollara düşüb

Finss.az xəbər verir ki, Səudiyyə Ərəbistanının OPEC+ ölkələrinin növbəti aylarda hasilatı daha sürətlə artırması üçün təzyiq göstərməsi ilə bağlı xəbərlər cümə axşamı neft qiymətləri aşağı düşüb.

Bloomberg mənbələrə istinadən xəbər verir ki, Ər-Riyad itirilmiş bazar payını bərpa etməyə çalışır və kvotaları avqust və ola bilsin sentyabrda gündəlik 411 min barel artırmağın tərəfdarıdır.

Moskva vaxtı ilə saat 8:15-də Londonun ICE Futures birjasında Avqust Brent markalı neftin fyuçersləri 0,15 dollar (0,23%) ucuzlaşaraq bir barel üçün 64,71 dollar olub. Çərşənbə günü Brent 0,77 dollar (1,17%) ucuzlaşaraq 64,86 dollar/barelə düşüb.