Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti yüksəlib.
Finss.az-ın məlumatına görə, Azərbaycan neftinin 1 barelinin qiyməti 1,35 ABŞ dolları və ya 2,03% artaraq 67,78 ABŞ dollarına çatıb.
Qeyd edək ki, bir gün əvvəl “Azeri Light” markalı neftin qiyməti 66,43 dollar idi.
Fuad Mədətov
Finss.az