BİRJA

22 May

"International Leasing" ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb

Finss.az - 23 aprel 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "International Leasing" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan AZ2001023236 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 22.05.2025-ci il tarixində yekunlaşmışdır. 

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.19  bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

"International Leasing" ASC

Dövlət qeydiyyat nömrəsi

– İSİN

AZ2001023236

İstiqraqzların növü

və forması

Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması

Kütləvi/ Birqiymətli Hərrac

İstiqrazların sayı

1,000 ədəd

İlkin ticarət qiyməti

1,000 manat

Buraxılış həcmi

1,000,000 manat

İllik gəlirlilik faizi

18%

Ödəmə periodu

İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən,

ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə,

hər 30 (otuz) gündən bir ödənişlər həyata keçiriləcəkdir

Tədavül müddəti

2 il

Sifarişlərin ümumi həcmi

(nominal qiymətlə)

1,000,000 manat

Reallaşdırılmış həcm

1,000,000 manat

Hərrac qiyməti

1000 manat

İnvestor sayı

50

Sifariş sayı

50

Anderrayter

“Capital Partners İ.Ş.” QSC

Zemfira Ms
Finss.az