BİRJA

20 May

Ticarət bazarında yeni məhsul ticarəti başlayır

Finss.az - “Moskva Birjası”nın fyuçers bazarında çərşənbə axşamı günü kofe üzrə hesablaşmalı fyuçers ticarəti rəsmi olaraq start götürəcək.

Yeni fyuçers kontraktları arabika növü kofenin xarici bazarlarda ticarət olunan qiyməti əsasında formalaşacaq.

Fyuçers kontraktlarının əsas xüsusiyyətləri arasında ticarət kodu COFFEE (qısa kod KC), lot həcmi 10 funt (təxminən 3 100 rubl), qiymət kotirovkası isə ABŞ dolları ilə 1 funt üçün müəyyən olunub. Kontraktlar ildə beş dəfə – fevral, aprel, iyun, avqust və noyabr aylarında icra ediləcək.

Bu yeni məhsul ticarətçilərə və investorlara kofe bazarına daha çevik və effektiv şəkildə çıxış imkanı yaradacaq. Ekspertlər hesab edir ki, fyuçerslərin tətbiqi bazarda likvidliyi artıraraq risklərin idarə edilməsinə kömək edəcək.