ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin iyul müqaviləsinin dəyəri 2,5% azalaraq 1 barelə görə 64,44 ABŞ dolları təşkil edib.
Finss.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyun ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 2,58% azalaraq 61,52 ABŞ dollarına bərabər olub.