Finss.az - Kriptovalyuta bazarlarında son dövrlərdə baş verən kəskin dalğalanmalar davam edir.
31 yanvar tarixindən sonra ilk dəfə olaraq, bitkoinin qiyməti yenidən 105 min dollar həddini keçib. Binance birjasının məlumatlarına görə, bitkoinin qiyməti 105 032 dollara çatıb. Lakin bu sıçrayışın ardından, 14 dəqiqə ərzində qiymət 104 495 dollara geriləyib, bu da 0,61% azalma deməkdir. Saat 04:50-də isə bitkoin qiyməti 103 954 dollara enərək ticarətə davam edib.
Son aylarda kriptovalyuta bazarlarında yüksək volatillik müşahidə olunur. 7 aprel tarixində bitkoin qiyməti 75 min dollar səviyyəsindən aşağı enərək, 2024-cü ilin noyabrından bəri ən böyük düşüşünü yaşayıb. Bununla yanaşı, investorların rəqəmsal aktivlərə olan marağı hələ də yüksəkdir.
Ekspertlər bildirir ki, bitkoinin qiymətinin kəskin dəyişməsi investorlar üçün həm risk, həm də fürsət yaradır. Bu, kriptovalyutaların gələcəyinə dair proqnozların və ticarət strategiyalarının daha da maraqlı olmasına səbəb olur.