Finss.az - 8 aprel 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "EKOLİZİNQ" MMC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan AZ2009019509 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 06.05.2025-ci il tarixində yekunlaşmışdır.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.18 və 3.19 bəndlərinin tələblərinə cavab vermədiyindən, adıgedən istiqrazlar listinqə alınmamışdır.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
|
Emitentin adı |
"EKOLİZİNQ" MMC |
|
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2009019509 |
|
İstiqraqzların növü və forması |
Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar |
|
Ticarət üsulu/forması |
Kütləvi/ Rəqabətli hərrac |
|
İstiqrazların sayı |
250 ədəd |
|
İlkin ticarət qiyməti |
1,000 ABŞ dolları |
|
Buraxılış həcmi |
250,000 ABŞ dolları |
|
İllik gəlirlilik faizi |
10% |
|
Ödəmə periodu |
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 30 (otuz) gündən bir ödənişlər həyata keçiriləcəkdir |
|
Tədavül müddəti |
3 il |
|
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) |
250,000 ABŞ dolları |
|
Reallaşdırılmış həcm |
250,000 ABŞ dolları |
|
Minimal qiymət |
1000.0000 ABŞ dolları (10.0000%) |
|
Maksimal qiymət |
1000.0000 ABŞ dolları (10.0000%) |
|
Ehtimal olunan kəsmə qiymət* |
1000.0000 ABŞ dolları (10.0000%) |
|
Ortaçəkili qiymət |
1000.0000 ABŞ dolları (10.0000%) |
|
İnvestor sayı |
2 |
|
Sifariş sayı |
2 |
|
Anderrayter |
"Invest-AZ İ.Ş.” QSC |
Zemfira Ms
Finss.az
