BİRJA

29 Aprel

Avropada qazın qiyməti 375 dollar həddindən aşağı düşüb

Avropada qazın qiyməti ötən gün keçirilən hərracların bağlanışı zamanı 1 000 kubmetr üçün 375 ABŞ dolları səviyyəsindən aşağı enib.

Finss.az xəbər verir ki, 28 aprel tarixində TTF (Title Transfer Facility) indeksi üzrə may fyuçerslərinin qiyməti 374,1 dollar təşkil edib. Bu göstərici əvvəlki hesablama qiyməti olan 380,8 dollarla müqayisədə 1,7% azalma deməkdir.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən etibarən Azərbaycan qazı Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya nəql olunur.