“Azeri Light” markalı Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
Finss.az xəbər verir ki, dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb.
Belə ki, 1 barel neftin dəyəri 1,34 ABŞ dolları və ya 1,95% azalaraq 67,21 ABŞ dolları təşkil edib. Müqayisə üçün qeyd edək ki, əvvəlki ticarət sessiyasında Azərbaycan nefti 68,55 ABŞ dolları səviyyəsində qiymətləndirilib.