Qızıl və gümüşün fyuçers qiymətləri azalıb.
Finss.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə iyun fyuçerslərinin qiyməti 0,79% azalaraq 3 321,4 ABŞ dolları səviyyəsinə enib.
Eyni zamanda, gümüşün bir unsiyası üzrə iyul fyuçerslərinin qiyməti də 0,51% geriləyərək 33,15 ABŞ dolları təşkil edib.
Fuad Mədətov
Finss.az