BİRJA

25 Aprel

BOKT "International” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Finss.az - 10 aprel 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "International” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 01.05.2025-ci il tarixində keçiriləcəkdir.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

BOKT "International” ASC

Dövlət qeydiyyat nömrəsi

– İSİN

AZ2026021025 

İstiqrazların növü və forması

Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması

Kütləvi/ Rəqabətli hərrac

İstiqrazların sayı

250 ədəd

İlkin ticarət qiyməti

1,000 manat

İstiqrazların

buraxılış həcmi

250,000 manat

İllik gəlirlilik faizi

15%

Ödəmə Periodu

İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən,

ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə,

hər 30 (otuz) gündən bir ödənişlər həyata keçiriləcəkdir

Tədavül müddəti

2 il

Ticarətə

buraxılma tarixi

01.05.2025

Anderrayter

“PAŞA Kapital İ.Ş.” QSC

Zemfira Ms
Finss.az