BİRJA

25 Aprel

İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Finss.az - 24 aprel 2025-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun buraxılış həcmi 50,000,000 (əlli milyon) manat dəyərində olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitent

Azərbaycan Respublikası

İpoteka və Kredit Zəmanət Fondu 

İstiqrazın növü və forması

Faizli, ipoteka istiqrazları

Dövlət qeydiyyat nömrəsi

– İSİN

AZ2099008685

İstiqrazın sayı

50,000 (ədəd)

İlkin ticarət qiyməti

1,000 manat

Buraxılış həcmi

50,000,000 manat

Hərrac qiyməti

1,000 manat

İllik gəlirlilik faizi

3.25%

Reallaşdırılmış həcmi

50,000,000 manat

Sifarişlərin Ümumi həcmi

(nominal qiymətlə)

50,000,000 manat

İnvestor sayı

1

Sifarişlərin sayı

1

Ödəmə Periodu

180 gündən bir

(6 aydan bir)

İstiqrazların tədavül

müddəti

7200 gün

İstiqrazların ödəmə

tarixi

09.01.2045

Anderrayter

“Unicapital İ.Ş.” ASC

Zemfira Ms
Finss.az