Finss.az - 21 aprel 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə Bank "BTB" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı |
Bank "BTB" ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2005009447 |
İstiqrazların növü və forması |
Faizli, təminatsız, sənədsiz, adlı subordinasiya istiqrazları |
Ticarət üsulu/forması |
Kütləvi/ Abunə yazılışı |
İstiqrazların sayı |
3,000 ədəd |
İlkin ticarət qiyməti |
1,000 manat |
İstiqrazların buraxılış həcmi |
3,000,0000 manat |
İllik gəlirlilik faizi |
14% |
Ödəmə Periodu |
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 30 (otuz) gündən bir ödənişlər həyata keçiriləcəkdir. |
Tədavül müddəti |
7 il |
Ticarətə buraxılma tarixi |
Emitent tərəfindən bildiriləcək |
Anderrayter |
“Assist Finance İ.Ş.” ASC |
Zemfira Ms
Finss.az