BİRJA

16 Aprel

2026-2029-cu illər arasında manatın məzənnəsi sabit qalacaq - Nazirlik

İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunan makroiqtisadi proqnozlara əsasən, 2026-2029-cu illər arasında manatın ABŞ dollarına qarşı məzənnəsi sabit qalacaq və cari ilin səviyyəsində götürüləcək.

Finss.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu dövr ərzində əhalinin gəlirlərinin artaraq 2029-cu ildə 123 milyard manata, xərclərinin isə 119,4 milyard manata çatması gözlənilir.

Fuad Mədətov
Finss.az