BİRJA

16 Aprel

Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artıb

Əmtəə bazarlarında qiymətli metallar üzrə qiymətlər artmaqda davam edir.

Finss.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə iyun fyuçerslərinin qiyməti 1,99% artaraq 3,304.90 ABŞ dollarına çatıb.

Bununla yanaşı, gümüşün də dəyərində artım müşahidə olunub. Belə ki, COMEX-də may fyuçersləri üzrə gümüşün bir unsiyası 0,52% bahalaşaraq 32.77 ABŞ dolları təşkil edib.

Fuad Mədətov
Finss.az