BİRJA

25 Mart

Ötən ilqiymətli kağızlar bazarında 2,6 dəfə artım qeydə alınıb

2024-cü ildə investisiya qiymətli kağızları bazarı üzrə ticarət dövriyyəsinin ümumi həcmi 72,5 mlrd. manat təşkil edib.

Finss.az bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabata istinadən xəbər verir.

Məlumata görə, əvvəlki illə müqayisədə qiymətli kağızlar bazarı üzrə ticarət dövriyyəsində 2,6 dəfə, korporativ qiymətli kağızlar üzrə 62% və repo əməliyyatları üzrə 3,5 dəfə artım qeydə alınıb. Dövlət qiymətli kağızları üzrə isə 6,4% azalma müşahidə olunub”.

“2024-cü ildə Bakı Fond Birjasında aparılmış əməliyyatların həcmi 71,2 mlrd. manat təşkil edib və əvvəlki illə müqayisədə 2,6 dəfə artım qeydə alınıb. Korporativ qiymətli kağızlar bazarında səhmlərin əməliyyatlarının həcminin 52%, korporativ qiymətli kağızlar bazarının digər seqmenti olan korporativ istiqrazlarla əməliyyatların həcminin isə 63% artımı müşahidə edilib”, - deyə hesabatda qeyd edilib.