BİRJA

18 Mart

Bitkoin təhlükəsizdir və inkişaf edəcək

Finss.az - Son illərdə bitkoin və digər kriptovalyutalar həm investorların, həm də tənzimləyicilərin diqqətini cəlb edir.

Yota Devices-in baş icraçı direktoru Vladislav Martınov, bitkoinin gələcəyi barədə verdiyi açıqlamada, bu rəqəmsal valyutanın heç bir təhlükəyə məruz qalmadığını və bazar dəyişikliklərindən asılı olmayaraq inkişaf etməyə davam edəcəyini vurğulayıb. Martınov, bitkoinin gündəlik ödənişlər üçün deyil, kapitalın qorunması və artırılması məqsədilə rəqəmsal qızıl kimi istifadə olunduğunu qeyd edib.

O, bitkoinin maliyyə aləti olaraq güclü olduğunu və gələcəkdə də aktual qalacağını bildirib.