BİRJA

18 Mart

Bakı Fond Birjası ilə UNEC arasında memorandum imzalanıb

Finss.az - Bakı Fond Birjasının İdarə heyətinin sədri Ruslan Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyəti UNEC-də olub.

UNEC rektoru professor Ədalət Muradovla görüşdə universitet və iş dünyası arasında əməkdaşlığın səmərəliliyin artırılmasından bəhs olunub. Rektor Ədalət Muradov universitetlərin mütəxəssis hazırlığı istiqamətindəki missiyasından və UNEC-də bu istiqamətdə görülən işlərdən söz açıb.

Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov rəhbərlik etdiyi qurumun fəaliyyəti və həyata keçirdiyi layihələr barədə məlumat verib.

Görüşdə müəllim və tələbələrin praktiki bilik və bacarıqlarının artırılması məqsədilə təlimlərin təşkili, birgə layihələrin  icrası, Ömürboyu Təhsil Mərkəzi tərəfindən birja mütəxəssislərin hazırlanması məqsədilə mini MBA proqramının təşkili və digər istiqamətlərdə fikir mübadiləsi aparılıb.

Müzakirələrin sonunda UNEC ilə Bakı Fond Birjası arasında birgə fəaliyyətə dair əməkdaşlıq memorandumu imzalanıb.

Zemfira Ms
Finss.az