Finss.az - 25 fevral 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Legion Financial” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
|
Emitentin adı |
"Legion Financial” ASC |
|
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2004025469 |
|
İstiqrazların növü və forması |
İstiqrazlar faizli, təmin edilməmiş sənədsiz adlı |
|
Ticarət üsulu/forması |
Kütləvi / Birqəymətli |
|
İstiqrazların sayı |
1,000 ədəd |
|
İlkin ticarət qiyməti |
1,000 manat |
|
İstiqrazların buraxılış həcmi |
1,000,0000 manat |
|
İllik gəlirlilik faizi |
16,5% |
|
Ödəmə Periodu |
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə hər 3 (üç) aydan bir (ayda günlərin sayı 30 (otuz) götürməklə) |
|
Tədavül müddəti |
5 il |
|
Ticarətə buraxılma tarixi |
Emitent tərəfindən bildiriləcək |
|
Anderrayter |
“PAŞA Kapital İ.Ş.” QSC |
Zemfira Ms
Finss.az
