Finss.az - ABŞ prezidenti Donald Trampın Meksika, Kanada və Çindən idxal olunan mallara yeni rüsumlar tətbiq etməsindən sonra neft qiymətləri artıb.
London ICE Futures birjasında Brent markalı neftin apreldə çatdırılacaq fyuçerslərinin qiyməti 76,41 dollar/barel olub ki, bu da əvvəlki sessiyadan 0,74 dollar (0,98%) yüksəkdir. NYMEX birjasında WTI markalı neftin mart fyuçersləri isə 1,41 dollar (1,94%) bahalaşaraq 73,94 dollar/barel təşkil edib.
Yeni fərmana əsasən, Meksika və Kanadadan idxal olunan mallara 25%, Çindən idxal olunanlara isə 10% rüsum tətbiq ediləcək. Kanada enerji resurslarına tətbiq edilən 10%-lik rüsum isə neft, qaz və elektrik enerjisini əhatə edəcək.
Ekspertlər bu qərarın qısamüddətli dövrdə neft bazarını dəstəkləsə də, qlobal iqtisadi artıma dair narahatlıqları artıracağını bildirirlər.