Finss.az - 28 yanvar 2025-ci il tarixində Bakı Fond Birjasında BOKT "İnternational" ASC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə Qəbula İcazə” qərarı verilib.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumatlar aşağıdakı kimidir:
Emitentin adı |
BOKT "İnternational" ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2028021023 / AZ2027021024 AZ2026021025 / AZ2025021026 |
İstiqrazların növü və forması |
Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar |
Ticarət üsulu/forması |
Kütləvi / Rəqabətli |
İstiqrazların sayı |
1,000 (ədəd) (hər bir İSİN kod üçün 250 ədəd olmaqla) |
İlkin ticarət qiyməti |
1,000 manat |
Buraxılış həcmi |
1,000,000 manat (hər bir İSİN kod üçün 250,000 manat olmaqla) |
İllik gəlirlilik faizi |
15% |
Ödəmə Periodu |
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə hər 3 (üç) aydan bir (ayda günlərin sayı 30 (otuz) götürməklə) |
Tədavül müddəti |
2 il |
Ticarətə buraxılma tarixi |
Emitent tərəfindən bildiriləcək |
Anderrayter |
“PAŞA Kapital İ.Ş.” QSC |
Zemfira Ms
Finss.az