20 noyabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "İnternational" ASC-nin istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
Bu barədə Finss.az-a BFB-dən məlumat verilib.
Qeyd olunan istiqrazların yerləşdirilməsi 23 yanvar 2025-ci il tarixində Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı |
BOKT "İnternational" ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2024021027/ AZ2023021028 AZ2022021029/ AZ2021021020 |
İstiqrazın növü və forması |
İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı |
Ticarət üsulu / forması |
Kütləvi / Rəqabətli |
İstiqrazın sayı |
1,000 (ədəd) |
İlkin ticarət qiyməti |
1,000 manat |
İstiqrazın buraxılış həcmi |
1,000,000 manat |
İllik gəlirlilik faizi |
15% |
Ödəmə Periodu |
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən dövri olaraq hər 30 gündən bir |
Tədavül müddəti |
2 il |
Ticarətə buraxılma tarixi |
23.01.2025 |
Anderrayter |
“PAŞA Kapital İ.Ş” QSC |
Fuad Mədətov
Finss.az