BİRJA

22 Yanvar

Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Finss.az - 22 və 23 yanvar 2025-ci il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaq.

Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib: 

Notun

 müddəti(gün)

İSİN

Hərrac

tarixi

Hərraca çıxarılan 

məbləğ (manat)

Nominal

Miqdar

Notun 

ödəniş  tarixi

28

AZ2387024709

22.01.2025

2.000.000

100.000

20

19.02.2025

84

AZ2388024708

23.01.2025

2.000.000

100.000

20

17.04.2025

168

AZ2389024707

22.01.2025

2.000.000

100.000

20

09.07.2025

252

AZ2390024704

23.01.2025

2.000.000

100.000

20

02.10.2025

Hərracda notların ilk mülkiyyətçiləri yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar ola bilər. Notların mülkiyyətçiləri notlarla alqı-satqı, girov, REPO və digər əqdləri bağlaya bilər və bu əqdlər üzrə tərəf qismində istənilən şəxs çıxış edə bilər.

Hərrac zamanı bir bank tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər və təqdim ediləcək rəqabətli sifarişin həcminə məhdudiyyət tətbiq olunmur.

Hərrac zamanı iştirakçıların sayı 5-dən az olduqda hərrac baş tutmamış hesab ediləcək.

Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcək.

Zemfira Ms
Finss.az