BİRJA

21 Yanvar

AMB:Valyuta hərracında tələb təmin edilib - 21.01.2025

Bu gün Azərbaycan Mərkəzi Bankında növbəti valyuta hərracı keçirilib.

AMB-dən Finss.az-a verilən məlumata görə, hərracda tələb 53,2 ABŞ dolları təşkil edib və tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, yanvarın 16-na hərracda tələb 71,4 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Fuad Mədətov
Finss.az