BİRJA

21 Yanvar

Borc Bazarının Nəbzi: Dövlət istiqrazları və likvidlik dinamikasında əsas trendlər

Bakı Fond Birjası olaraq məqsədimiz ictimaiyyətə maliyyə bazarlarına aid dəqiq və əhatəli şəkildə məlumat verərək, ticarətdə iştirak edən bazar iştirakçıları ilə ictimaiyyət arasındakı məlumatların əlçatanlığını, maliyyə savadlılığının artmasını təmin etməkdir.

Bu barəd Finss.az-a BFB-dən məlumat verilib.

Məlumatda qeyd edilir ki, bu məqsədlər üçün yeni yaradılmış hashtag#BFBdənFayda rubrikası çərçivəsində maraqlı təhlillər və hashtag#KapitalBazarınınNəbzi haqda məlumatlar təqdim ediləcək. İlk təhlili nəzərinizə çatdırırıq:

Borc Bazarının Nəbzi: Dövlət İstiqrazları və Likvidlik Dinamikasında Əsas Trendlər:

Borc Bazarları dərinləşdikcə və likvidliyə tələb artıqca, investorların aktivlərə investisiyaları və maliyyə strategiyaları da dəyişir. Borc bazarını formalaşdıran ən son məlumatlara nəzər salaq:

Dövlət İstiqrazları: Sabit Artım

Dövlət istiqraz buraxılışlarında baş vermiş artım, keçirilmiş hərraclar zamanı faiz dərəcələrinə artan tendensiya ilə nəticələnmişdir. Belə ki, ilin əvvəlində 2 və 3 illik istiqrazların orta gəlirliliyi 2024-cü ilin sonuna müvafiq olaraq 8.91% və 9.57% olmuşdur.

REPO Əməliyyatları: Əhəmiyyətli Artım

2024 cü ildə REPO əməliyyatlarının həcmi 61 mlrd təşkil etmişdir ki, bu, 2023-cü ildəki 18 mlrd göstərici ilə müqayisədə 251% artım deməkdir. REPO əməliyyatları əsasən kommersiya banklarının məcburi ehtiyat normalarının tənzimlənməsi və qısamüddətli likvidliyin idarə edilməsinə (həm borclanma, həm də investisiya) xidmət edir. REPO ticarət həcmlərində artım, maliyyə sistemində likvidliyin daralmasının göstəricisi kimi hesab oluna bilər.

Fuad Mədətov
Finss.az