Finss.az - 16 yanvar 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Global Energy Solutions” MMC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə Qəbula İcazə” qərarı verilib.
Qeyd olunan qiymətli kağızların abunə yazılışı 21.01.2025 ci ildə başlayaraq 14 gün davam edəcək və fevralın 3-ündə yekunlaşacaq.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
|
Emitentin adı |
“Global Energy Solutions” MMC |
|
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2001025884 |
|
İstiqraqzların növü və forması |
Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar |
|
Ticarət üsulu/forması |
Kütləvi / Abunə yazılışı |
|
İstiqrazların sayı |
50,000 (ədəd) |
|
İlkin ticarət qiyməti |
100 manat |
|
Buraxılış həcmi |
5,000,000 manat |
|
İllik gəlirlilik faizi |
12% |
|
Ödəmə periodu |
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə hər 3 (üç) aydan bir (ayda günlərin sayı 30 (otuz) götürməklə) |
|
Tədavül müddəti |
2 il |
|
Ticarətə buraxılma tarixi |
Emitent tərəfindən bildiriləcək |
|
Anderrayter |
“PAŞA Kapital İ.Ş.” QSC |
