Finss.az - EMBAFİNANS" QSC-nin istiqrazları üzrə hərrac 17.01.2025-ci il tarixində keçiriləcək.
Məlumat üçün bildirik ki, 13 yanvar 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “EMBAFİNANS” QSC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə Qəbula İcazə” qərarı verilib.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
|
Emitentin adı |
“EMBAFİNANS” QSC |
|
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2013020600 |
|
İstiqraqzların növü və forması |
İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı |
|
Ticarət üsulu/forması |
Kütləvi / Birqiymətli |
|
İstiqrazların sayı |
2000 (ədəd) |
|
İlkin ticarət qiyməti |
1000 AZN |
|
Buraxılış həcmi |
2,000,000 AZN |
|
İllik gəlirlilik faizi |
12.5% |
|
Ödəmə periodu |
Hər 3 ayda bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) |
|
Tədavül müddəti |
1 il |
|
Ticarətə buraxılma tarixi |
17.01.2025 |
|
Anderrayter |
“Unicapital İ.Ş.” ASC |
