BİRJA

15 Yanvar

Bitcoin qiyməti artmağa davam edir

Finss.az - Bitcoin, çərşənbə günü əvvəlki kəskin artımdan sonra 97.446 dollar səviyyəsinə yüksəlib.

Kriptovalyuta analitikləri, Bitcoin-in 2025-ci ildə 175.000-461.000 dollar arasında qiymət artışı göstərə biləcəyini proqnozlaşdırır. Fundstrat araşdırma şirkətinin rəhbəri Tom Li, Bitcoin-in ilin sonuna qədər 200.000-250.000 dollar arasında qiymətlənəcəyini bildirib. Analitiklər həmçinin, Donald Trampın administrasiyasının əlverişli kriptovalyuta siyasətinin Bitcoin qiymətini 400.000 dollara qaldıra biləcəyini vurğulayıblar.