BİRJA

10 Yanvar

Bitcoin 90 min dollar səviyyəsinə enə bilər

Finss.az - Son bir ayda Ethereum-un staking-dən kütləvi çıxarılması, 500 mindən çox ETH-nin bazardan çıxması ilə kriptovalyutalar üzərində mənfi təsir yaradıb.

BitRiver maliyyə analitiki Vladislav Antonov, bu hadisənin Bitcoin qiymətinin 2025-ci ilin yanvarında düşməsinə səbəb olduğunu bildirib. ABŞ-da məşğulluq göstəricilərinin müsbət olmasından sonra Federal Rezervin daha sərt pul siyasəti tətbiq etməsi gözləntiləri artırıb. Bitcoin-in qiyməti 95 min dollar civarındadır və ekspertlər qiymətin 90 min dolların altına enə biləcəyini bildirirlər.

MicroStrategy və BlackRock şirkətləri isə qiymətlərin düşməsindən istifadə edərək Bitcoin alımlarını davam etdirir.