Aparıcı iqtisadçı və risk üzrə ekspert Nassim Taleb bazarın potensial çökməsi barədə xəbərdarlıq edib.
Finss xəbər verir ki, O, ABŞ-ın son onilliklərin ən təhlükəli investisiya şəraitində olduğunu bildirir. Taleb, Bloomberg-ə verdiyi müsahibəsində hazırkı vəziyyətin əvvəlki iqtisadi böhranlarla oxşar olduğunu qeyd edib. SP 500 indeksinin əsasən süni intellektlə bağlı azsaylı şirkətlər tərəfindən dəstəkləndiyini vurğulayan Taleb, bu vəziyyətin davamlı ola biləcəyinə şübhə ilə yanaşır.
O, həmçinin qlobal iqtisadi asılılığın artdığını və Qərbin yüksək borc səviyyələri ilə üzləşdiyini bildirir. Taleb investorları bazarın çökməsi riskinə qarşı ehtiyatlı olmağa çağırır.