BİRJA

20 Avqust

AMB: Valyuta hərracında tələb təmin edildi - 20.08.2024

Bu gün Azərbaycan Mərkəzi Bankında növbəti valyuta hərracı keçirilib.

AMB-dən Finss.az-a verilən məlumata görə, hərracda tələb 74,8 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, avqustun 15-nə hərracda tələb 61,3 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Fuad Mədətov
Finss.az