BİRJA

14 Avqust

"GL" ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb

14 avqust 2024-cü il tarixində Bakı Fond Birjasında “GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Bu barədə Finss.az-a BFB-dən məlumat verilib.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

“GL” ASC

Dövlət qeydiyyat nömrələri – İSİN

AZ2028020280

İstiqrazların növü və forması

İstiqrazlar faizli, təmin edilməmiş sənədsiz adlı

Ticarət üsulu/forması

Kütləvi/Birqiymətli

İstiqrazların hər birinin sayı

400 (ədəd)

İlkin ticarət qiymətləri

1,000 manat

İstiqrazların hər birinin buraxılış həcmləri

400,000 manat

Hərrac qiymətləri

1,000 manat

İllik gəlirlilik faizləri

15%

İstiqrazların hər birinin reallaşdırılmış həcmləri

400,000 manat

İstiqrazların hər birinin sifarişlərinin ümumi həcmi (nominal qiymətlə)

400,000 manat

Hər birinin investor sayı

3

Hər birinin sifariş sayı

3

Ödəmə Periodları

Hər ayda bir dəfə (hər bir ayın 30 (otuz) gün olduğunu qəbul etmək şərti ilə)

Tədavül müddətləri

5 il

İstiqrazların ödəmə tarixləri

14.08.2029

Anderrayter

“İNVEST-AZ İ.Ş.” QSC

Zemfira Ms
Finss.az