NEFT
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin oktyabr müqaviləsinin dəyəri 0,55% artaraq 1 barelə görə 81,13 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin sentyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,61% artaraq 1 barelə görə 78,83 ABŞ dollarına yüksəlib.
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,17 ABŞ dolları və ya 0,2% azalaraq 84,49 dollarına bərabər olub.
TƏBİİ QAZ
Nyu-Yorkun NYMEX əmtəə birjasında sentyabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,69% artaraq 2,174 ABŞ dolları təşkil edib.
ABŞ DOLLARI
2024-cü il avqustun 14-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.
AVRO
2024-cü il avqustun 14-də Avro 1.8688 manata kimi bahalaşıb.
LİRƏ
2024-cü il avqustun 14-də Türkiyə lirəsi 0.0507 manata kimi ucuzlaşıb.
RUBL
2024-cü il avqustun 13-də Rusiya rublu 0.0187 manat sabit qalıb.
QIZIL
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,31% azalaraq 2 500 ABŞ dollarına bərabər olub.
GÜMÜŞ
Nyu-Yorkun COMEX-də gümüşün bir unsiyasının qiyməti 0,08% azalaraq 27,77 ABŞ dollarına bərabər olub.