Bakı Fond Birjasında 2024-cü ilin yanvar-iyul ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 23,827,201,164 manat təşkil edib.
Bu barədə Finss.az-a BFB-dən məlumat verilib.
Nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızaların ticarət həcmində 65%, dövlət qiymətli kağızların ticarət həcmində isə 8% böyümə qeydə alınıb, repo əməliyyatları üzrə 266% artım olub. O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatların bazarı üzrə 630% artım qeydə alınıb.
2024-cü ilin İyul ayının son ticarət günü üzrə səhm bazar kapitalizasiyası 6,265,723,996 manat təşkil edib.
BFB-nin ticarət dövriyyəsinin cədvəli
Fuad Mədətov
Finss.az