16, 20 və 27 avqust tarixlərində keçiriləcək hərraclara 40 əmlak çıxarılıb, o cümlədən iştirakçılara torpaq sahələri və nəqliyyat vasitələrinə sahib olmaq imkanı yaradılıb.
Bu barədə Finss.az-a qurumdan məlumat daxil olub.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 16 avqust tarixində keçiriləcək hərraca "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının balansında olan fərdi yaşayış evi və 15 torpaq sahəsi çıxarılıb.
Növbəti tarixdə keçiriləcək hərraca 20 nəqliyyat vasitəsi çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 1990-2008-ci illəri əhatə edir.
Avqustun 27-də keçiriləcək hərracda isə alıcılar 4 avtomobilə sahib ola bilərlər. Avtomobillərin buraxılış tarixləri 2006-2013-cü illəri əhatə edir.
Hərraca çıxarılan əmlakların tam siyahısı ilə //clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq olar.
İştirak etmək istəyənlər “www.emlak.gov.az” Xidmətin və “www.auksion.gov.az” Hərracların Təşkili Mərkəzinin rəsmi internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər. “www.e-emlak.gov.az” Elektron Xidmətlər Portalından qeydiyyatdan keçərək və beh ödəyərək iştirakçı statusu almaq olar.