Bu gün Azərbaycan Mərkəzi Bankında növbəti valyuta hərracı keçirilib.
AMB-dən Finss.az-a verilən məlumata görə, hərracda tələb 64,9 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Qeyd edək ki, avqustun 6-na hərracda tələb 74,8 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Fuad Mədətov
Finss.az