BİRJA

08 Avqust

Azərbaycan neftinin qiyməti artıb,təbii qazın qiyməti isə azalıb, lirə və rubl ucuzlaşıb, qızıl bahalaşıb ...

Neft bahalaşıb, təbii qazın qiyməti artıb, avro, rubl bahalaşıb, lirə ucuzlaşıb ...

NEFT

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin oktyabr müqaviləsinin dəyəri 0,24% azalaraq 1 barelə görə 78,14 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin sentyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,09% azalaraq 1 barelə görə 75,16 ABŞ dolları təşkil edib.

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,01 ABŞ dolları və ya 3.8% artaraq 82.84 dollarına bərabər olub.

TƏBİİ QAZ

Nyu-Yorkun NYMEX əmtəə birjasında sentyabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,52% azalaraq 2,088 ABŞ dolları təşkil edib.

ABŞ DOLLARI

2024-cü il avqustun 8-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.

AVRO

2024-cü il avqustun 8-də Avro 1.8584 manata kimi bahalaşıb.

LİRƏ

2024-cü il avqustun 8-də Türkiyə lirəsi 0.0507 manata kimi ucuzlaşıb.

RUBL

2024-cü il avqustun 8-də Rusiya rublu 0.0198 manata kimi ucuzlaşıb.

QIZIL

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,06% artaraq 2 433.90 ABŞ dollarına bərabər olub.

GÜMÜŞ

Nyu-Yorkun COMEX-də gümüşün bir unsiyasının qiyməti 0,8% artaraq 26.97 ABŞ dollarına bərabər olub.