BİRJA

06 Avqust

ABŞ resessiya qorxuları Dünya Bazarlarını çökməyə vadar etdi

ABŞ-da resessiya ilə bağlı artan narahatlıqlar dünya maliyyə bazarlarında kəskin satışlara səbəb olub. Bank səhmləri ciddi şəkildə dəyər itirib, dollar zəifləmiş, dövlət istiqrazları və yen isə güclənmişdir.

Finss.az xəbər verir ki, maliyyə bazarlarında risklərdən qaçma tendensiyası güclənib. Bu dalğa keçən həftənin sonunda ABŞ-dan gələn ürəkaçan olmayan iqtisadi məlumatlarla başlayıb və ən iri iqtisadiyyata malik ABŞ-ın resessiya ehtimalları ilə bağlı narahatlıqları artırıb.

Asiya bazarları bazar ertəsi günü enişlə bağlanıb. Yaponiya indekslərindən Nikkei 225 12,4% azalaraq 31 458 səviyyəsinə düşüb ki, bu da 2023-cü ilin dekabrından bəri ən aşağı səviyyədir.

Avropa bazarlarında da əhəmiyyətli azalmalar müşahidə olunub. STOXX 600 indeksi 2,1%, Britaniya FTSE 100 2%, Fransız CAC40 1,4% və Alman Dax 1,8% geriləyib.

Bank səhmləri ən çox zərər görüb: ING Group-un səhmləri 6,8%, Société Générale 5%, Deutsche Bank 4,4%, UniCredit 4%, Intesa Sanpaolo və BNP Paribas 3,9%, Banco Santander 3,5% azalıb.

Bu fonddan Almaniyada dövlət istiqrazlarının gəlirliliyi də aşağı düşüb. 2 illik istiqrazların gəlirliliyi 6 bazis xal azalaraq 2,29%-ə düşüb ki, bu da mart 2023-dən bəri ən aşağı səviyyədir. Bu, təhlükəsiz aktivlərə olan artan tələbi əks etdirir.

Danske Bankın valyuta və faiz strategiyası üzrə mütəxəssisi Məhəmməd Əl-Saraf bildirib ki, “Hazırda bazar əhval-ruhiyyəsi zəif məlumatların artıq risk baxımından müsbət qəbul edilmədiyini göstərir. Zəif artım gəlirliliyin azalmasına səbəb olur.”

Euro dollar qarşısında 1,0950 səviyyəsinə qalxıb ki, bu ilin martından bəri ən yüksək səviyyədir. Bu, dolların ümumi zəifliyi ilə əlaqədardır.