BİRJA

06 Avqust

Neft bahalaşıb, təbii qazın qiyməti artıb, avro, rubl bahalaşıb, lirə ucuzlaşıb ...

NEFT

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin oktyabr müqaviləsinin dəyəri 1,32% artaraq 1 barelə görə 77,31 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin sentyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 1,62% artaraq 1 barelə görə 74,12 ABŞ dolları təşkil edib.

TƏBİİ QAZ

Nyu-Yorkun NYMEX əmtəə birjasında sentyabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,61% artaraq 1,965 ABŞ dolları təşkil edib.

ABŞ DOLLARI

2024-cü il avqustun 6-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.

AVRO

2024-cü il avqustun 6-da Avro 1.8619 manata kimi bahalaşıb.

LİRƏ

2024-cü il avqustun 6-da Türkiyə lirəsi 0.0509 manata kimi ucuzlaşıb.

RUBL

2024-cü il avqustun 6-da Rusiya rublu 0.0200 manata kimi bahalaşıb.

QIZIL

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,23% artaraq 2 450 ABŞ dollarına bərabər olub.

GÜMÜŞ

Nyu-Yorkun COMEX-də gümüşün bir unsiyasının qiyməti 0,1% artaraq 27,24 ABŞ dollarına bərabər olub.