Dünyanın ən böyük iki kriptovalyutası olan “Bitcoin” və “Efir”in qiymətləri bazar ertəsi bu ilin ilk aylarından bəri ən aşağı həddə düşüb. Bu, bir çox investorun ABŞ-da tənəzzüldən qorxaraq təhlükəsiz investisiyalar axtarması ilə bağlıdır.
Finss.az xəbər verir ki, cümə günü ABŞ iqtisadiyyatının vəziyyəti ilə bağlı həyəcan doğuran rəqəmlər ortaya çıxıb. Yeni iş yerlərinin sayı xüsusilə məyusluq doğurub. Bundan bir qədər əvvəl, həmçinin ABŞ-da sənayenin həcminin azaldığı aydın olub.
Bazar ertəsi səhər “Bitcoin” dəyərinin 9 faizindən çoxunu itirib və təxminən 53 800 dollara düşüb. Bu, fevralın axırından bəri ən aşağı qiymətdir. Bir həftə öncə sikkə hələ də 68 min dollardan baha idi.
Digər kriptovalyuta – “Efir” də qiymətdə demək olar ki, 15 faiz itirib və yanvarın ortasından bəri ən aşağı həddə düşüb. XRP və “Litecoin” kimi kiçik rəqəmsal sikkələrin qiymətləri təxminən 11 faiz azalıb.
“CoinGecko” kriptoplatformasına görə, rəqəmsal valyuta investorları son 24 saat ərzində təxminən 270 milyard dollar itiriblər. Ötən həftə “Bitcoin” 2022-ci ilin noyabrında FTX kriptovalyuta birjasının iflasından sonra ən böyük itkiyə məruz qalıb. Mart ayında təxminən 74 min ABŞ dolları ilə rekord həddə çatan rəqəmsal valyutanın bu il hələ 20 faizdən çox bahalaşacağı gözlənilir.
ABŞ iqtisadiyyatı üzrə məyusedici məlumatlar artıq cümə günü səhm qiymətlərinin aşağı düşməsinə səbəb olub. “Bloomberg”in hesablamaları göstərir ki, planetin ən zəngin 500 adamı 134 milyard dollar itirib.