12 iyul 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "Finans Kredit" MMC-nin buraxılış həcmi 200,000 (iki yüz min) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
Qeyd olunan istiqrazların Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə yerləşdirilməsi 16 iyul 2024-cü il tarixində yekunlaşmışdır.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
Fins.az xəbər verir ki, istiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı |
BOKT "Finans Kredit" MMC |
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2003023556 |
İstiqrazın növü və forması |
İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı |
Ticarət üsulu/forması |
Kütləvi/Birqiymətli |
İstiqrazın sayı |
200 (ədəd) |
İlkin ticarət qiyməti |
1,000 manat |
Buraxılış həcmi |
200,000 manat |
Hərrac qiyməti |
1,000 manat |
İllik gəlirlilik faizi |
15% |
Reallaşdırılmış həcm |
200,000 manat |
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) |
200,000 manat |
İnvestor sayı |
1 |
Sifariş sayı |
1 |
Ödəmə Periodu |
İlk istiqraz yerləşdiyi tarixdən etibarən 30 (otuz) gündən bir ödəniləcəkdir |
Tədavül müddəti |
24 ay |
İstiqrazların ödəmə tarixi |
16.07.2026 |
Anderrayter |
“CPM İnvest İnvestisiya Şirkəti” ASC |