BİRJA

17 İyul

Ukrayna dəniz dəhlizi ilə 57,7 milyon ton yük daşıyıb

Ukrayna dəniz dəhlizinin fəaliyyət göstərdiyi demək olar ki, bir il ərzində 57,7 milyon ton yük ixrac edib. Bunun da 39 milyon tonu kənd təsərrüfatı məhsulları təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə Ukrayna Dəniz Limanları Administrasiyası məlumat yayıb.

“Ukrayna dəhlizinin işlədiyi təxminən bir il ərzində 57,7 milyon ton yük daşınıb. 2059 gəmi 46 ölkəyə yük, o cümlədən Ukrayna fermerlərinin 39 milyon ton məhsulunu ixrac edib”, - deyə açıqlamada deyilir. 

Administrasiya rəhbəri Yuri Litvinin sözlərinə görə, Birləşmiş Müdafiə Qüvvələri, biznes və beynəlxalq tərəfdaşlar sayəsində sabit və proqnozlaşdırıla bilən ixrac həcmi təmin edilib, konteyner daşımaları və bərə xidməti bərpa edilib.

Cari il üçün infrastrukturun inkişafına, ilk növbədə düşmənin raket hücumları nəticəsində zədələnmiş mühüm infrastrukturun (körpülər, yollar, dəmir yolu relsləri, filial binaları) əsaslı təmiri və bərpasına 829 milyon qrivna məbləğində investisiyalar planlaşdırılıb. 

Kaira Agayeva 

Fins.az